...

Gürcüstan hərbçilərinin nümayəndə heyəti ABŞ-da ölkənin hava hücumundan müdafiə təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edəcək - müdafiə nazirinin müavini

Siyasət Materials 10 Oktyabr 2008 14:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan hərbçilərinin nümayəndə heyəti oktyabrın sonunda ABŞ-a yola düşəcək. Gürcüstan müdafiə nazirinin müavini Batu Kuteliyanın jurnalistlərə dediyinə görə, Vaşinqtonda ölkənin hava hücumundan müdafiə təhlükəsizliyinin təmin edilməsi məsələləri nəzərdən keçiriləcək.

Cümə günü müdafiə naziri David Kezeraşvilinin başçılığı ilə Gürcüstanın digər nümayəndə heyəti NATO-Gürcüstan komissiyasının iclasında iştirak edəcək.

Oktyabrın 9-10-da Budapeştdə Gürcüstana hərbi yardım məsələsinə də baxacaq NATO üzv ölkələri xarici işlər nazirlərinin sammiti keçirilir.

Gürcüstanın nümayəndə heyəti Ukrayna və Rumıniya müdafiə nazirləri ilə görüşlər planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti