...

"Seçki 2008" QHT Koalisiyasının ilkin müşahidələrlə bağlı açıqlaması elan olunub

Siyasət Materials 15 Oktyabr 2008 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend /  "Seçki 2008" QHT Koalisiyasının 6 zona üzrə 59 dairəni əhatə edən koordinatorlarının saat 10.00 üçün verdiyi məlumata görə, səsvermə prosesi əsasən vaxtında başlayıb, ciddi prosedur pozuntuları və müşahidəçilərə əngəllərin törədilməsi halları qeydə alınmayıb.

Bununla belə, Koalisiyanın 1500-dən yuxarı müşahidəçisinin apardığı müşahidələr nəticəsində aşkar edilib ki, bəzi məntəqələrin sahəsi normal səsvermə keçirilməsi üçün əlverişli hesab edilə bilməz. Məsələn, 16 saylı Yasamal II Seçki Dairəsinin 20 və 21-ci seçki məntəqələri təxminən 30-35 kvadrat metrlik sahədə yerləşir. Bu iki məntəqədə ayrı-ayrılıqda 1425 və 1282 seçicinin səsverməsi nəzərdə tutulur.

121 saylı Laçın Seçki Dairəsinin 88-ci məntəqəsində də səsvermə sahəsi darısqal olduğundan seçicilər və müşahidəçilərin işləməsi problemə çevrilib.

Açıqlamaya görə, 9 saylı Binəqədi Seçki Dairəsinin 2 saylı məntəqəsində səsvermə gecikmə ilə - saat 08.10-da elan edilib, 16 saylı Yasamal II Seçki Dairəsinin 21-ci məntəqəsində isə səsvermənin 8 dəqiqə gec başlaması qeyd edilir.

Xəbər lenti

Xəbər lenti