...

Bakıda taksi sürücüsünə qarşı quldurluq etməkdə təqsirləndirilən şəxs tutulub

Siyasət Materials 18 Oktyabr 2008 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Sabunçu rayonu ərazisində taksi sürücüsünə qarşı quldurluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən şənbə günü Trend -a verilən məlumata görə, oktyabrın 16 - da saat 23:30 radələrində M. Əliyev küçəsi , 9 ünvanının qarşısında 1979 - cu il təvəllüdlü Musayev Sabir Hüseyn oğlunun taksi kimi istifadə etdiyi VAZ-2107 markalı 10 - LB - 797 dövlət nömrə nişanlı maşına sərnişin kimi 3 naməlum şəxs əyləşərək, Balaxanı qəsəbəsi 3 saylı poçtun yanına gedəcəklərini bildiriblər. Qabaqda əyləşən şəxs Musayevin boğazına bıçaq dirəyərək, 70 manat pulunu alıb qaçıb.

Sabunçu rayon Polis İdarəsinin 12 - cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Buzovna qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1978 - ci il təvəllüdlü Atakişiyev Ramin Muxtar oğlu tutulub. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti