Azərbaycan, Bakı, 18 oktyabr / Trend / Almaniya Sosila Demokratlar Partiyasının (ASDP) Qurultayında xarici işlər naziri Valter Ştaynmayer Almaniyanın kansleri vəzifəsinə namizəd kimi irəli sürülüb.
RİA Novosti agentliyinin xəbər verdiyi kimi, keçirilən səsvermədə nümayəndələrin əksəriyyəti 52 yaşlı Ştaynmayerin namizədliyini dəstəkləyiblər. Almaniya parlamentinə seçkilər 2009-cu ilin payızında keçiriləcək.
Qurultayın gündəliyində duran digər mühüm məsələ, ASDP-nin sədrinin seçilməsidir. Bu vəzifəyə tanınmış siyasətçi Frans Münteferinqin namizədliyi irəli sürülüb. Qeyd edək ki, Frans Münteferinqin 2004-2005-ci illərdə partiyaya sədrlik edib.
Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]