...

Rusiya heç bir müsbət addım atmaq istəmir – Gürcüstanın xarici işlər naziri

Siyasət Materials 27 Oktyabr 2008 11:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili Rusiyanın Gürcüstan ərazisində münaqişələrin nizamlanması və Sarkozi-Medvedyev sazişinin yerinə yetirilməsi ilə bağlı mövqeyində müsbət irəliləyiş görmür. Bu barədə nazir bazar ertəsi səhər Tbilisi aeroportunda Çexiyaya səfərindən öncə bildirib.

"Rusiyanın bugünkü davranışında heç bir müsbət məqam yoxdur", - deyə o bildirib.

Nazir bildirib ki, "Rusiyanın üzərinə götürdüyü öhdəlikləri sonadək yerinə yetirməməsi", onun qeyri-konstruktiv olmasına sübutdür. "Bundan əlavə, Rusiya tərəfi vəziyyətin gərginləşməsinə imkan yaradır", - deyə o bildirib.

Tkeşelaşvili hesab edir ki, Rusiyanın Avropa İttifaqı müşahidəçilərini münaqişə zonalarına buraxmaması sülhməramlı prosesə "destruktiv yanaşmanın" təzahürüdür. "Əgər Rusiya Aİ müşahidəçilərini münaqişə zonalarına buraxmasa, münaqişə zonalarında Rusiya tərəfindən həmişə təxribat təhlükəsi olacaq", - deyə nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti