Azərbaycan, Bakı, 01 noyabr / Trend , müxbir U.Sadıqova/ Fələstinin hakim FƏTH partiyası və müxalifətçi HƏMAS arasındakı danışıqlarda Misirin daimi vasitəçiliyi hakimiyyət ətrafında yaranan qarşıdurmanın həllinə heç bir dəyişiklik gətirmir. Lakin fələstinlilər ərəb ölkəsinin vasitəçiliyini Qərbin müxtariyyətin daxili işlərinə müdaxiləsindən daha üstün tuturlar.
"Misirin bu danışıqlarda vasitəçiliyi ABŞ və Böyük Britaniyanın Fələstinin daxili siyasətini öz maraqlarına tabe etmək məsələsində yolunu bağlayır", - deyə Trend -a Fələstin Muxtariyyətinin Qərb Sahilində Birzeit Universitetinin politologiya professoru Hişam Əhməd bildirib.
FƏTH və HƏMAS arasında yeni danışıqlar noyabrın 9-da Qahirədə keçiriləcək. MAAN News agentliyinin verdiyi xəbərə görə, FƏTH partiyasının mətbuat katibi Fəhmi əz-Zəarir bildirib ki, bu danışıqlarda vəsitəçi rolunu 20-dən çox ərəb ölkəsi arasında yenə də Misir öz üzərinə götürüb.
Bu, rəsmi Qahirənin danışıqlarda vasitəçi rolunu öz üzərinə götürməsi birinci dəfə deyil.
Lakin Misir hökumətinin vahid əraziyə malik Fələstin hökumətinin yaradılmasına əvvəlki yardım göstərmək cəhdlərinə baxmayaraq, konkret nəticələr əldə olunmayıb.
2006-cı ildə keçirilən parlament seçkisi nəticəsində HƏMAS islami müqavimət hərəkatının qələbə qazanmasından sonra, Fələstin iki nəzarət zonasına parçalandı: Qərb Sahilinə FƏTH, Qəzzə sektoru və Misirlə sərhədə isə HƏMAS nəzarət edir.
Misirin Qəzzə sektoru ilə sərhədi Qahirə və HƏMAS arasında aparılan müzakirələrin mühüm məsələlərindən biridir. Misir sərhədlərdə təhlükəsizliyi saxlamaq xatirinə, Qəzzə ilə sərhəddə Rafah sərhəd məntəqəsini dəfələrlə bağlayıb. İsrailin bütün Fələstini blokadaya almasını nəzərə alsaq, Qəzzə saktorunun sakinləri bu məntəqə sayəsində özlərini ərzaq və dava-dərman ilə təmin edirlər.
HƏMAS-ın muxtariyyətin mərkəzi hökumətini tanımaması Ərəb Dövlətləri Liqasına (ƏDL) üzv dövlətlərdə narazılıq yaradıb.
Ötən ay keçirilən sonuncu toplantıda ƏDL-nın Baş Katibliyi, hərəkatı Fələstin-İsrail danışıqlarında FƏTH ilə əməkdaşlıq etmək istəməməkdə ittiham edib. İki Fələstin partiyası arasında fikir ayrılığı vahid dövlətin yaradılması və İsrail ilə barışığın əldə olunması perspektivini uzaqlaşdırır.
Qərb dövlətləri, əsasən Böyük Britaniya və ABŞ Fələstin Muxtariyyəti və İsrail danışıqlarında lider rolunu oynayır. Fələstin politoloqu Əhmədin sözlərinə görə, ona görə danışıqlar qapalı dalana dirənib. Lakin onlar HƏMAS-ın daimi antiqərb müqaviməti sayəsində Fələstinin daxili işlərinə müdaxilə etməyə hələ nail olmayıblar. Qəzzə sektoru üzərində daimi nəzarət, region sakinlərinin dəstəyi, hərəkata Qəzzədə hakimiyyəti öz əlində saxlamağa imkan verir.
Lakin Misir də öz maraqlarını güdür. Əhmədin sözlərinə görə, ehtimal var ki, Qahirə HƏMAS ilə etibarlı münasibətlərdən gələcəkdə Qəzzə sektoru üzərində yenidən nəzarəti ələ almaq üçün istifadə edə bilər.
FƏTH və HƏMAS arasında aparılan danşıqların nəticələrinə təkcə Qahirə deyil, həmçinin Səudiyyə Ərəbistanı, Suriya və İordaniya da maraq göstərir. Lakin bu məsələdə yalnız Misir obyektivliyi ilə fərqlənir.
Fələstinin Danışıqlar Komitəsinin keçmiş rəhbəri Həsən Əsfurun sözlərinə görə, Misirin Qəzzə üzərində nəzarəti ələ almaqda maraqlı olması Fələstinnin digər ölkələrlə sərhədlərində ümumi stabilliyə kömək edəcək.
"Sərhədlər həmişə hər bir ölkənin milli maraqları olub. Əgər Misir HƏMAS kimi narahat qonşu ilə vahid və açıq sərhəd yarada bilərsə, o zaman FƏTH Qəzzə və Qərb Sahili sərhədlərinin açılmasına razılıq verəcək", - deyə Trend -a Qahirədən telefonla Asfur bildirib.
Lakin hətta ABŞ bu prosesə açıq şəkildə müdaxilə etməsə də, Misir Vaşinqtonun dəstəyi olmadan çətin ki, vasitəçilik rolunu öz üzərinə götürərdi. Buna əsas səbəbi ondan ibarətdir ki, ABŞ HƏMAS-ın onu muxtariyyətin daxili problemlərinə heç vaxt yaxın buraxmayacağını bilir və buna görə də bu rolu Qahirənin çiyinlərinə qoyur.
1978-ci ildə Misir və İsrail arasında diplomatik münasibətlərin yaradılmasından sonra, ABŞ-ın vasitəçiliyi ilə Qahirə Suriya, Livanın Hizbullah qruplaşması, HƏMAS və İslami Cihad hərəkatlarının apardığı Qərbə müqavimət siyasətindən uzaqlaşdı.
Lakin Qahirə yenə də ərəb regionunda vəziyyətin yaxşılaşdırılmasında iştirakını davam etdirir. Amerikanın Miçiqan Universitetinin Yaxın Şərq üzrə professoru Antoni Sallivan (Anthony Sullivan) hesab edir ki, bu, ABŞ-ın Qahirəyə iqtisadi yardımı və onun xarici siyasətinə dəstəyi ilə mümkündür
"HƏMAS-ın Fələstin rəhbərliyinə iddiaları, Livanın Hizbullah qruplaşmasının müqavimət siyasəti, həmçinin Suriyanın antiqərb əhval-ruhiyyəsi region iqtisadiyyatını pisləşdirir", - deyə ekspert bildirib.
Misir əlverişli yerdə yerləşmsi, həmçinin yaxşı inkişaf etmiş infrastruktura malik olması səbəbindən həm Qərb, həm də digər ərəb ölkələri üçün mühüm iqtisadi tərəfdaşdır. Lakin Fələstin ilə sərhəd rayonlar orada vəziyyətin stabil olmaması səbəbindən tez-tez bağlanır.
HƏMAS-ın İsrail ilə danışıqlarda irəliləyişin əldə olunmasında FƏTH-ə nisbətdə böyük şansı var, belə ki, onların siyasəti daha dəqiq və konkretdir.
Bunun üçün ekspert Asfurun sözlərinə görə, Misir Fələstin Muxtariyyətindən daha çox islami hərəkatla münsibət qurmğa üstünlük verir.
Lakin Fələstin partiyalarının barışmaları və vahid hökumət yaratmaları üçün şans demək olar ki, yoxdur. Hətta Fələstinin daxili mübahisələrinin həllinə Misirin obyektiv münasibəti müsbət nəticələr vermir. Şərti razılaşmaya baxmayaraq, tərəflər arasında mübarizə davam edir. Yanvar ayında muxtariyyətdə yeni prezident seçkisi keçiriləcək və ekspertlər tərəflər arasında münaqişənin güclənəcəyini istisna etmirlər. Müstəqil ərəb eksperti Məhəmməd Yəqxinin fikrincə, FƏTH və HƏMAS-ın iştirakı ilə geniş Fələstin dialoqu başlamaq və vahid kompromisə gəlmək lazımdır. Buna görə Qahirənin vasitəçiliyi, onun rəyinə görə, bu münaqişəni təxirə salmağa kömək edəcək, lakin ona son qymayacaq. Yəqxi hesab edir ki, HƏMAS vahid Fələstini idarə etmək prinsiplərindən asanlıqla geri çəkilməyəcək və FƏTH də İsrail təcavüzündən çox bundan qorxur.
ARAYIŞ
1987-ci ildə şeyx Yasin tərəfindən yaradılan HƏMAS hərəkatı əvvəlki kimi, Fələstinin ən iri müqavimət hərəkatlarından biri olaraq qalır. Əvvələr HƏMAS liderləri FƏTH-in keçmiş lideri Yasir Ərafatla neytral münasibətdə olsalar da, Ərafatın ölümü və Mahmud Abbasın 2005-ci ildə prezident seçilməsindən sonra, mərkəzi höküməti Qərbyönlü və İsrailyönlü hesab edərək onunla əməkdaşlıqdan imtina ediblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]