...

Müxalifətin noyabrın 7-də Tbilisidə keçirəcəyi aksiyalarda rəyi soruşulanların 26,5%-i iştirak etməyə hazırdır

Siyasət Materials 3 Noyabr 2008 11:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Həftəlik "Kviris palitra" (Həftənin palitrası) tərəfindən sorğulanan 410 nəfər respondentin cəmi 26,5 faizi müxalifətin noyabrın 7-də, yerli vaxtla saat 14.00-da Tbilisidə Gürcüstan parlamenti qarşısında keçirəcəyi aksiyaya gəlməyi planlaşdırır. Həmin gün müxalifət hakimiyyətə ötən il polislər tərəfindən dinc nümayişin dağıdılması hadisəsini xatırlatmaq niyyətindədir.

Aksiya iştirakçıları mitinq keçirməyi, daha sonra isə prezidentin Avlabaridəki iqamətgahına yürüş etməyi planlaşdırır. Orada, onun nümayəndələrinə müxalifətin ərizəsi təqdim olunacaq.

Rəyi soruşulanların 40,9 faizi heç bir şərtlə aksiyaya getməyəcəyini bildirib. Respondentlərin 32,6 faizi dəqiq fikir söyləməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti