Azərbaycan, Bakı, 06 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı voleybolçuların - Valeriya Korotenko, Nisə Qasımova və Oksana Porxomenkonun çıxış etdiyi Türkiyənin "Fənərbaxça Acıbadem" klubu CEV kubokunda keçirdiyi ilk oyunda qələbə qazanıb.
Səfərdə Belçikanın "Datovoç Tongeren" komandası ilə görüşən "Fənərbaxça Acıbadem" rəqibini 3:0 hesabı ilə məğlub edib.
Cavab oyunu noyabrın 12-də Türkiyədə keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]