...

Avropa İttifaqı Gürcüstanda demokratiyanın inkişafda olmasına əmin olmaq istəyir – Aİ - nin xüsusi təmsilçisi

Siyasət Materials 6 Noyabr 2008 18:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 06 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqı (Aİ) Gürcüstanda demokratiyanın inkişafda olmasına əmin olmaq niyyətindədir. Bu barədə Parlamentin İnsan haqlarını müdafiə Komitəsinin sədri Qiya Arsenişvili ilə görüşün yekununda Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsi Piter Semnebi bildirib.

Bağlı qapı arxasında keçən görüşdə Aİ -nin Gürcüstandakı missiyasının rəhbəri Per Eklund və Fransanın bu ölkədəki səfiri Erik Furnye də iştirak ediblər.

Danışıqların əsas mövzusu ölkədə siyasi vəziyyət və insan haqlarının müdafiəsi ilə bağlı vəziyyət olub. Qonaqlar etnik azlıqların problemləri, dini məsələlər, pentensiar sistemdə işin vəziyyəti ilə maraqlanıblar. Arsenişvili görüşün yekununda bildirib ki, Ombudsmanın Gürcüstan parlamentinə təqdim etdiyi hesabat barədə də söhbət aparılıb.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Semnebi ilə gələcəkdə də görüşlər keçiriləcək; bu həm Gürcüstan, həm də Avropa İttifaqı üçün çox mühümdür.

Qonaqlar İnsan haqlarının müdafiəsi Komitəsinin planları və Aİ- nin həllinə kömək edə biləcəyi problemlərlə da tanış olublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti