İran, Tehran, 19 noyabr / Trend , müxbir T. Cəfərov/ "İran və ABŞ idman və mədəniyyət sahəsində əməkdaşlığa davam edirlər", - deyə İranın xarici işlər naziri Mənuçöhr Mottaki çərşənbə günü Tehranda keçirilən mətbuat konfransında bildirib.
"Biz ABŞ-la elmi istiqamətdə, xüsusən Amerika universitetlərilə əməkldaşlıq etməyə maraqlıyıq", - Mottaki əlavə edib.
Hələlik ABŞ-dan Tehranda Birləşmiş Ştatların maraqlarını müdafiə edən ofisin açılması ilə bağlı rəsmi məktub daxil olmayıb.
Müəlliflə əlaqə ünvanı: [email protected]