...

Bakı-Tümen sərnişin qatarının bələdçisi Rusiyaya xeyli miqdarda narkotik maddə apararkən tutulub

Siyasət Materials 1 Dekabr 2008 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir S.Kazımlı / Bakı Dəmir Yolu Vağzalında Bakı-Tümen sərnişin qatarında, qatarın bələdçisindən xeyli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. Bələdçi narkotik maddəni Rusiyaya aparmaq istəyirmiş. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a məlumat verilib.

Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsi və Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 30-da Bakı Dəmir Yolu Vağzalında Bakı-Tümen sərnişin qatarında, qatarın bələdçisi, Bakı şəhər sakini Azər Quliyev 12 kiloqram həşiş qətranını Rusiya Federasiyasına aparmaq istəyərkən tutulub. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti