...

Məni bu təklifi qəbul etməli olduğuma inandırıblar – Gürcüstanın yeni iqtisadi inkişaf naziri

Siyasət Materials 9 Dekabr 2008 12:11 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın yeni iqtisadi inkişaf naziri Laşa Jvaniya bildirib ki, onun bu vəzifəyə təyinatı ilə əlaqədar Baş nazir və prezidentlə "uzun məsləhətləşmələri" olub.

Jvaniyanın sözlərinə görə, onun başlıca prioriteti yeni istehsal sahələri və yeni iş yerlərinin yaradılması olacaq. "Dünən mənim Baş nazir və prezidentlə məsləhətləşmələrim olub. Məni bu qərarı qəbul etməli olduğuma inandırıblar və dünən axşam bu qərarı qəbul etdim", - Jvaniya bildirib. O vurğulayıb ki, əhaliyə xüsusi heç bir şey təklif edə bilməz, lakin dünyadakı iqtisadi durğunluğun Gürcüstana az təsir etməsi üçün əlindən gələni edəcək. "Mən hər bir iş yerini izləyəcəm, ixraca dəstək verəcəm və ölkəyə sərmayələr cəlb edəcəm", - Jvaniya əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti