...

Qazaxıstanda Heydər Əliyevin Xatirə Günü keçirilib

Siyasət Materials 11 Dekabr 2008 16:55 (UTC +04:00)

Qazaxıstan, Astana, 11 dekabr/ Trend , müxbir K.Konırova/ Bu gün Astanda, Azərbaycanın Qazaxıstandakı səfirliyində Heydər Əliyevin Xatirə Gününü qeyd ediblər. Gürcüstan, Ukrayna, Belarus, Qırğızıstanın diplomatik missiyalarının rəhbərləri, Qazaxıstan XİN-in, "Nur Otan" partiyasının, "Ak Orda" ictimai hərəkatının, "Azərbaycan - Qazaxıstan" Dostluq Assosiasiyasının, paytaxt azərbaycanlıları diasporunun nümayəndələri və jurnalistlər səfirliyə gəliblər. Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov qeyd edib ki, Heydər Əliyevin istedadı sayəsində "müstəqil Azərbaycan" yaradılıb.

"Onun vaxtında xalq əminlik və öz dövlətini qazanıb", - səfir bildirib. Toplaşanlar ümummilli liderin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Gürcüstanın Qazaxıstandakı səfiri Zurab Şuraqiyanın sözlərinə görə, Heydər Əliyevin uzaqgörənliyi sayəsində bu gün onun Bakı -Tbilisi -Ceyhan və Bakı - Tbilisi - Ərzurum tranzit layihələri haqqında ideyaları reallığa çevrilib. "Və vacibdir ki, bu layihələr Qafqazda təhlükəsizlik layihələri olublar", - səfir deyib. Xatirə Günündə Qırğızıstan, Ukrayna və Belarusun səfirləri çıxış ediblər. Tədbir başa çatdıqdan sonra ehsan verilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti