...

İranda Qəzzə Zolağının təcridinə qarşı etiraz aksiyaları keçirilib

Siyasət Materials 12 Dekabr 2008 18:01 (UTC +04:00)

İranın bir çox şəhərlərinin sakinləri Qəzzə Zolağınun təcridinə qarşı etiraz aksiyaları keçiriblər. Mitinqlərdə İsrail və Amerika əleyhinə kəskin şüarlar səsləndirilib.

Fars agentliyinin verdiyi məlumata görə, əllərində Mahmud Əhmədinejad, Əli Xamnei, Xomeyni, Həsən Nəsrullanın şəkilləri olan aksiya iştirakçıları məscidlərə toplaşıblar. Nümayişçilər Səudiyyə Ərəbistanı və Misir rəhbərlərinin şəkillərini yandırıblar və onlara cihad (Müqəddəs müharibə) hüququnun verilməsini tələb ediblər.

Noyabrın əvvəlində İsrailin Aşkelon şəhəri Qəzzə Zolağı tərəfindən fasiləsiz raket zərbələrinə məruz qalıb. Buna cavab olaraq artıq bir aydan artıqdır ki, İsrail Qəzzəni təcrid vəziyyətində saxlayır.

Məqalə müəllifi ilə əlaqçə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti