...

Azərbaycanın qərbində hərbçinin üzərindən narkotika tapılıb

Siyasət Materials 15 Dekabr 2008 12:53 (UTC +04:00)

Azərbaycan, Gəncə, 15 dekabr / Trend , müxbir V.Məmmədov/ Azərbaycanın qərbində yerləşən (paytaxt Bakıdan 365 km məsafədə) Gəncə şəhər Polis İdarəsi Kəpəz rayon şöbəsinin əməkdaşları hərbçinin üzərində narkotik maddə tapıblar.

Gəncə şəhər Polis İdarəsi rəisinin köməkçisi Yaşar İsmayılov bazar ertəsi Trend - a bildirib ki, əməliyyat zamanı saxlanılan 27 yaşlı Bakı şəhər sakini Ülfət Məmmədovun üzərindən bir qrama yaxın həşiş götürülüb.

Göygöl raoynunda N saylı hərbi hissədə xidmət edən Məmmədov 2000 - ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin fərarilik (334) maddəsi ilə təqsirli bilinərək, 3 il 7 ay azadlıqdan məhrum olunub.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti