...

Azərbaycan Prezidenti bir sıra obyektlərin açılışında iştirak edib

Siyasət Materials 20 Dekabr 2008 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 dekabr / Trend / AzərTAc Dövlət İnformasiya Agentliyinin yaydığı məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 20-də Bakının Yasamal rayonunda mədəniyyət və istirahət parkının, Heydər Əliyev məktəb-muzeyinin və rayon icra hakimiyyətinin yeni binasının açılışında iştirak etmişdir.

Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevə məlumat verərək bildirib ki, 1,7 hektar sahəsi olan, vaxtilə Nazim Hikmət küçəsi ilə Mətbuat prospektinin kəsişməsində salınmış və uzun müddət baxımsız qalmış park xüsusi layihə əsasında bir il ərzində müasir səviyyədə tamamilə yenidən qurulmuşdur. Burada yaraşıqlı fəvvarələr və şəlalələr kompleksi yaradılmış, ən hündür yerdə Azərbaycanın dövlət bayrağı ucaldılmışdır. Parkda hər cür hava şəraitinə davamlı materiallardan hazırlanmış 254 oturacaq qoyulmuş, 8,5 min kvadratmetr sahədə çəmənlik salınmış, 3500-dən çox müxtəlif ağac və gül kolları əkilmişdir.

Prezident İlham Əliyev sonra Heydər Əliyev məktəb-muzeyinin açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib, məktəb-muzeylə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Prezident İlham Əliyev daha sonra Yasamal Rayon İcra Hakimiyyətinin yeni binasının açılışında iştirak edib. Prezident İlham Əliyev iş otaqları ilə tanış olub, yaradılmış şəraitdən, habelə ərazidə aparılmış yenidənqurma və abadlıq işlərindən razılığını bildirib.

Xəbər lenti

Xəbər lenti