Azərbaycan, Baks, 01 yanvar / Trend / 2008-cü il Azərbaycan və ölkənin hərtərəfli inkişafi üçün uğurlu olub, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlilarinin Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqina televiziya vasitəsilə yayımlanan təbrikində bildirib.
Prezidentin sözlərinə görə, 2008-ci ildə bizim iqtisadiyyatımız yüksək sürətlə inkişaf etməkdə davam etmişdir. "Bu, böyük nailiyyətdir və bizə imkan verir ki, bütün iqtisadi, infrastruktur və sosial məsələləri uğurla həll edək," - deyə İlham Əliyev bildirib.
Bununla bərabər, Azərbaycanda sosial siyasətə böyük diqqət göstərilir Azərbaycanda sosial obyektlərin tikintisi geniş vüsət almışdır. Son beş il ərzində Azərbaycanda 1600 yeni məktəb tikilmişdir və növbəti illərdə bu siyasət davam etdiriləcəkdir.
Bütün bölgələrdə, demək olar ki, hər yerdə yeni müasir tibb müəssisələri yaradılır. Ünvanls sosial yardım proqramı icra olunur və bunun da çox böyük əhəmiyyəti var.
"Baxmayaraq ki, Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı son beş il ərzində 49 faizdən 16 faizə düşmüşdür və əminəm ki, 2008-ci ilin yekunlarına görə bu rəqəm daha da aşağı düşəcəkdir, hələ ki, yoxsulluq şəraitində yaşayan vətəndaşlar var və dövlət onlara kömək üçün hər şeyi etməlidir. Ona görə ünvanlı sosial yardım proqramı bundan sonra da davam etdiriləcək və əminəm ki, Azərbaycanda yoxsulluq kimi ictimai bəla aradan qaldırslacaqdır," - deyə İham Əliyev vurğulayıb.
Prezidentin sözlərinə görə, 2008-ci ildə minimum əmək haqqı və minimum pensiyansn həcmi 50 faiz artsrslmışdır və bundan sonrakı illərdə bu siyasət davam etdiriləcəkdir.
"Biz elə etməliyik ki, insanlarımız yaxşs yaşasınlar. Bizneslə məşğul olanlar üçün şərait yaradırıq, ancaq büdcə təşkilatlarında işləyənlər, vətəndaşlarımız dövlət tərəfindən lazımi maddi təminat almalsıdırlar və biz bu istiqamətdə bundan sonra da işləyəcəyik," - deyə Prezident deyib.
2008-ci ildə məcburi köçkünlərin, qaçqsnların sosial problemlərinin həlli və məşğulluğunun artırılması üçün bütün lazımi tədbirlər görülübdür. 2003-cü ildə mən söz vermişdim ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Biz buna nail olduq. Bu gün Azərbaycanda bir dənə də çadır şəhərciyi yoxdur. "Əvvəllər dözülməz şəraitdə yaşayan soydaşlarımız bu gün gözəl evlərlə təmin olunublar. Onlar üçün qəsəbələr salınıb, məktəblər, tibb ocaqları tikilib, yollar salınıb, işsq xətləri çəkilibdir. Beləliklə, biz bu böyük, ağır sosial bəlanın aradan qaldırılması üçün mühüm addım atdıq. Bundan sonrakı illərdə biz bu siyasəti davam etdirəcəyik," - deyə İlham Əliyev qeyd edib.
Prezidentin sözlərinə görə, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün öz səylərimizi göstərir. 2008-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Azərbaycanın işğal altında qalan torpaqlarında vəziyyətlə bağı çox önəmli qətnamə qəbul edilmişdir.
"Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü - Minsk qrupunun həmsədrləri bu qətnamənin əleyhinə çsxmışdı, qətnamə böyük səs çoxluğu ilə qəbul edildi. Bir tərəfdən bu, Azərbaycanın gücünü göstərir, Azərbaycanın artan nüfuzunu göstərir. Digər tərəfdən, onu göstərir ki, haqq-ədalət öz yerini tutmalıdır," - deyə İlham Əliyev qeyd edib.
Dövlət başçısının sözlərinə görə, bütün dünya ictimaiyyəti Azərbaycanı dəstəkləyir və mən şübhə etmirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaqdır.
"Bunun başqa yolu yoxdur. Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt Dağlsq Qarabağa müstəqillik verməyəcəkdir. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və biz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün bütün səyləri göstərəcəyik. Həm siyasi, həm diplomatik və lazım gələrsə, hərbi üsullardan da istifadə etmək olar. Bu haqq bizdə var. Beynəlxalq hüquq bunu təmin edir," - deyə İlham Əliyev qeyd edib.
Bu istiqamətdə böyük işlər görülübdür. 2008-ci ildə ordu quruculuğu üçün lazsmi tədbirlər görülübdür. "Bizim bütün hərbi xərclərimiz 2 milyard dollara çatsbdır və 2009-cu ildə bu rəqəm daha da artacaqdır. Biz bunu edirik, bunu etməliyik, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyibdir. Müharibənin birinci mərhələsi başa çatıb və biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı istənilən yolla işğalçılardan azad edək. 2008-ci ildə keçirilən hərbi parad bizim hərbi gücümüzü hamıya göstərdi," - deyə İlham Əliyev vurğulayıb.
İlham Əliyev Azərbaycan xalqını Dünya azərbaycanlslarının həmrəyliyi günü münasibətilə təbrik edib.
Prezidentin sözlərinə görə, Azərbaycan dövləti dünya azərbaycanlslarının təşkilatlanması üçün, həmrəyliyinin güclənməsi üçün öz səylərini göstərir və göstərməkdədir. "Mən çox şadam ki, demək olar, bütün ölkələrdə, azərbaycanlıların yaşadsqları bütün ölkələrdə bizim soydaşlarımız müvafiq təşkilatlarda fəaliyyət göstərirlər. Azərbaycan diaspor təşkilatları möhkəmlənir, güclənir və ölkəmizin maraqlarını təmin etmək üçün çox müsbət fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlıların məsələlərinin həlli üçün öz səylərini göstərir. Biz həmişə onları dəstəkləyəcəyik və bütün başqa ölkələrdə yaşayan azərbaycanlılar doğma Vətənə həmişə arxalana bilərlər," - deyə Prezident deyib.
2008-ci ildə prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqs demokratik, azad şəkildə öz iradəsini ortaya qoymuşdur, öz iradəsini ifadə etmişdir.
"Bu fürsətdən istifadə edərək, mənə göstərdiyi böyük etimada görə bir daha bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu böyük etimad və xoş münasibət məni daha da ruhlandırır. Mən beş il bundan əvvəl Azərbaycan xalqına söz vermişəm ki, ölkənin hərtərəfli inkişafı üçün əlimdən gələni edəcəyəm. Mən Azərbaycan xalqının rifahı naminə çalışacağam. Azərbaycanın inkişafı naminə, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışacağam. Bir daha demək istəyirəm ki, mənə göstərilən böyük etimad və inam məni həm çox ruhlandırır, həm də sevindirir. Mən bir daha Azərbaycan xalqına söz vermək istəyirəm ki, bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm ki, doğma xalqsma ləyaqətlə xidmət edim," - deyə İlham Əliyev vurğulaysb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]