...

AŞPA - nın Bürosu İsrail - Fələstin münaqişəsinin hər iki tərəfi ilə əməkdaşlığa hazırdır

Siyasət Materials 9 Yanvar 2009 20:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 yanvar/ Trend , müxbir Y.Ostapenko/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu, hər iki tərəfin siyasi iradəsi olarsa, İsrail - Fələstin münaqişəsinin dinc yolla nizamlanması şərtlərini təmin etmək üçün həm İsrail, həm də Fələstin tərəfi ilə əməkdaşlığa hazırdır, - təşkilatın press - relizində qeyd olunur.

Bu qərar AŞPA Bürosunun cümə günü Barselonada keçirilən iclasında qəbul edilib.

Yeganə qərar - siyasi qərardır: uzunmüddətli atəşkəs rejiminin qurulması, dialoq və danışıqlar, - press - relizdə deyilir. Qəzzə Zolağının blokadasının ləğv edilməsi və humanitar yardımın maneəsiz şəkildə buraya daxil olmasının təmin edilməsi üçün mümkün olan şəraitin yaradılması bilavasitə məqsəd olmalıdır.

Hər iki tərəf başa düşməlidir ki, zorakılıq, dağıntılar və ölüm daha çox zorakılıq və ölümə gətirəcək.  Mülki əhalinin ağır humanitar vəziyyətini asanlaşdırmaq və xəstəxanaların normal fəaliyyətini təmin etmək üçün ərzaq və dərman tədarüklərinə şərait yaratmaq həyati vacibdir, - press-relizdə bildirilir.

İsrailin beynəlxalq jurnalistləri Qəzzə Zolağına buraxmaqdan imtina etməsi İsrailin Avropa Şurası ilə bölüşdüyü demokratik dəyərlərə cavab vermir.

Büro AŞPA Assambleyasına, yanvarın 26 - 30 - da Starsburqda keçiriləcək qarşıdakı plenar sessiyada bu məsələ ilə bağlı debatlar keçirməyi və İsraillə Fələstinin nümayəndələrini bu debatlarda iştiraka dəvət etməyi təklif edir.

İsrail HQQ dekabrın 27 - də Qəzzə Zolağını raket atəşinə tutub. Dekabrın 19 - da HƏMAS və İsrail arasında barışığın müddəti başa çatdıqdan sonra, HƏMAS dörd fələstinlinin öldürülməsinə cavab olaraq, İsrailin Aşkelon və Sderot yaşayış məntəqələrini raket atəşinə tutub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti