...

Əfqanıstan administrasiyası Talibanın Konstitusiyanın Qurana zidd  olması iddiasını rədd edir

Siyasət Materials 22 Yanvar 2009 10:47 (UTC +04:00)
Əfqanıstan administrasiyası Talibanın Konstitusiyanın Qurana zidd  olması iddiasını rədd edir

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir D.Xatınoğlu/ Quran ən yaxşı Qanundur, Əfqanıstanda Konstitusiyaya ehtiyac yoxdur,- Talibanın sözçüsü Qari Yusif Əhmədi Trend - a müsahibəsində bildirib.

Əhmədi bildirlib ki, xarici qüvvələr ölkədən çıxarılmayınca, Taliban cihada davam edəcək.

"Taliban heç bir əcnəbiyə, Əfqan xalqının taleyinin həllində müdaxiləyə icazə verməyəcək. Bu şəxs Talibanın üzvi olsa belə, bu haqqa sahib olmayacaq",- deyə  Əhmədi çərşənbə günü ( güman olunur ki,Əfqanıstandan) telefonla Trend -a bildirib.

Əfqanıstan prezidenti sözçüsunun müavini Siyamək Hirəvi(Siamak Herawi) yanvarın 21-də telefonla Kabildən Trend -a bildirib ki, "Taliban terror şəbəkəsi" məhv edilməyincə, xarici qüvvələr ölkədə qalacaqlar. Onun sözlərinə görə, Taliban xarici qüvvələrlə müharibə etdiyini iddia edir, lakin özü Pakistandakı rəhbərlərinə tabedir və əl - Qaidə ilə əməkdaşlıq edir. "Talibana, özünü xarici qüvvələrin nüfuzu altından xəlas etdikdən sonra, Əfqanıstanın azadlığını düşünməyi məsləhət görərdim", - deyə Hirəvi bildirib.  

Əhmədi hesab edir ki, Əfqanıstanda təhlükəsizlik probleminin yeganə həlli, xarici qüvvələrin ölkədən çıxmasıdır. Lakin, Herəvi bildirib ki, terror qərərgahları məhv edilməyincə, ölkədəki  koalisiya qüvvələrinin sayının azalması planı da həyata keçirilməyəcək.

Hirəvi bildirib ki, son bir ildə Taliban terrorçuları 3000 mülki əhalini öldürüb, bunun adı cihad deyil, terrordur.

Əfqanıstan prezidenti Hamid Kərzai 2008-ci ilin noyabrında bildirmişdi ki, Taliban hakimiyyətlə sülh müzakirələrinə başlayıb, terroru dayandırsa, bu təşkilatın rəhbərlərinin təhlükəsizliyinə zəmanət verir. "Hətta Molla Ömər kimi şəxslər müzakirəyə hazır olub, Konstitusiyanı rəsmən tanısa, beynəlxalq ictimaiyyət narazı olsa belə, mən müzakirəyə hazıram",- deyə  Kərzai bildirmişdi.

Taliban sözçüsü bildirb ki, Konstitusiya gərək deyil. Buna baxmayaraq, Əhmədi qızların təhsili və məktəbə getməsi ilə bağlı bildirib  ki,  Əfqanıstanda həqiqi islami bir hökumət qurularsa, hicablı qızların təhsilinə şərait yaradılarsa, Taliban qızların təhsil almasına icazə verəcək.

Əfqanıstan prezidenti sözçüsunun müavini bildirib ki, Konstitusiyanın birinci maddəsində qeyd olunub ki, Əfqanıstan islam dövlətidir,  deməli,Talibanın islam dövləti yaratmaq istəyi yanlız bir bəhanədir.

Əhmədinin iddiasına baxmayaraq, Taliban Əfqanıstan torpaqlarının 90 faizinə beş illik  (1996-2001) hakimiyyəti ərzində  qızların məktəblərdə təhsilinə icazə vermirdi.

Hirəvi bildirib ki, Taliban xalqı aldatmaq üçün bütün vasitələrə əl atır, Taliban nə hakimiyyətə gələcək, nə də onların qızlara təhsil imkanı verəcəyinə etibar etmək olar",- deyə Hirəvi əlavə edib.

Hirəvi  qeyd edib ki, keçən ilin son aylarından etibarən, Əfqanıstan hakmiyyəti, parlament nümayəndələri və qəbilə başçılarından ibarət olan "Sülh Cürgəsi" adlı bir heyət yaranıb. Eyni tərkibdən ibarət heyət Pakistanda da yaranıb.

Onun sözlərinə görə, heyət dəfələrlə iclas keçirib, 30 nəfərlik heyətdən ibarət Pakistan və Əfqanıstan nümayəndələri davamlı müzakirələr aparırlar. "Keçən ilin sonunda bir dəfə heyətin bütün üzvləri Kabildə iclas keçirdi, hazırda ikinci iclasın Pakistanda keçirilməsinə hazırlıq görünür",-deyə Hirəvi bildirib.

O,Talibanla müzakirənin nəticələrindən danışaraq deyib ki, Talibanın xarici ölkələrdən olan üzvləri ilə müzakirə nəzərdə tutulmur , lakin əfqan talibanlarla müzakirəyə çalışırıq. Onun sözlərinə görə, müzakirələr nəticəsində, son altı ildə 7000 əfqan talibani silahını təhvil verib.     

Taliban təşkilatı 1976-ci ildə hərbi çevriliş edərək, hakimiyyəti ələ keçirib. 2001-ci il sentyabrın 11-də ABŞ - da 3000 nəfərədək şəxsin ölümü ilə nəticələnən partlayışdan sonra, ABŞ hakimiyyəti Əfqanıstana hücum edərək, əl - Qaidənin rəhbəri Usamə Bin-Ladenin sığındığı Taliban İslam Əmirliyi hakimiyyətini  devirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti