...

Azərbaycan prezidenti Macarıstan KİV-lərinə müsahibə verib

Siyasət Materials 26 Yanvar 2009 18:11 (UTC +04:00)

Macarıstanda səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi onun üçün ayrılmış iqamətgahda - "İntercontinental" mehmanxanasında Macarıstan Teleqraf Agentliyinə və Duna televiziyasına müsahibə verib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Dövlət başçısı "Nabukko" layihəsinin əhəmiyyəti, Azərbaycanın bu beynəlxalq layihəyə münasibəti, ölkənin qaz hasilatı, ixrac potensialı, onun perspektivləri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu, habelə Azərbaycan və Macarıstan xalqları arasında tarixi oxşarlıq, yaxın münasibətlər, eləcə də kütləvi informasiya vasitələrinin əlaqələrimizin inkişafındakı əhəmiyyəti ilə bağlı suallara ətraflı cavab verib.

Azərbaycan prezidenti Macarıstanın Bloomberg-Nyus televiziyasına da müsahibə verib. İlham Əliyev "Nabukko" layihəsi ilə bağlı Azərbaycanın mövqeyi, ölkənin neft-qaz sənayesinin hazırkı vəziyyəti və perspektivləri, boru kəmərlərinin fəaliyyəti, şaxələndirilməsi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın iştirakı ilə bağlı suallara cavab verib.

Xəbər lenti

Xəbər lenti