...

Azərbaycanda yük qatarı yolundan çıxıb, xəsarət alan yoxdur (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 Fevral 2009 18:40 (UTC +04:00)
Azərbaycanda yük qatarı yolundan çıxıb, xəsarət alan yoxdur (ƏLAVƏ OLUNUB)
Azərbaycan, Bakı, 1 fevral/ Trend , müxbir S.Əliyev/ Bu gün gündüz saatlarında Azərbaycanın Hacıqabul rayonu yaxınlığında yük qatarı qəzaya uğrayıb, Azərbaycannı Dövlət Dəmir Yolu İdarəsindən məlumat veriblər. İlkin məlumata görə, qatar aşıb. "Bakı - Gürcüstan sərhədi istiqamətində dəmir yolunda baş verən qəza nəticəsində dayandırılmış hərəkət bərpa olunub", Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən deyiblər. "Qəza Hacıqabul şəhəri yaxınlığından baş verirb. Dəmiryolu xəttindən 4 sistern çıxıb. Onlardan biri aşıb. Bütün sisternlər yola qoyulub və yola salınıb. Neftin yerə tökülməsi tam bərpa olunub", ADDY İdarəsindən bildiriblər. Xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti

Xəbər lenti