Gürcüstan, Tbilisi, 17 Fevral / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin keçmiş spikeri Nino Burcanadze özünün Rusiya ilə əlaqələrini müzakirə etməyi hökumətə məsləhət görmür. "Bir spiker kimi mənim Rusiya, daha çox isə ABŞ və Avropa ilə münasibətlərim olub," - Burcanadze "Kavkaziya" telekanalının efirində bildirib.
"Bu münasibətlərin sayəsində mən bir çox şeylər öyrəndim. Məsələn, nə üçün Gürcüstan hökuməti vəziyyətin qaydaya salınmasından boyun qaçırdıb. Bu barədə mən vaxt gələndə açıq şəkildə danışacam," - Burcanadze deyib. Burcanadze həmçinin bildirib ki, məhz həmin əlaqələrin sayəsində o, Birləşmiş Ştatların dövlət katibinin sözlərini ölkə rəhbərliyinə çatdırıb və deyib ki, əgər hökumət provakasiyaya məruz qalsa, Gürcüstan tək qalacaq.
Burcanadze parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Givi Tarqamadzenin keçmiş spikerin atasının, həyat yoldaşının və özü ilə olan əlaqələrindən avqust hadisələri zamanı itkin düşmüş insanların effektiv axtarışı üçün istifadə etməsi ilə bağlı olan bəyanatına münasibət bildirib.
Burcanazde bu barədə tam hazır olduğunu bildirib və əlavə edib ki, belə olan halda Tarqamadze itkin düşmüş insanlar barədə konkret məlumatları bəyan etmək məcburiyyətində qalacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]