...

Azərbaycan Prezidenti İSESKO-nun baş direktorunu qəbul edib

Siyasət Materials 18 Fevral 2009 17:57 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrini qəbul edib. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb. 

Əbdüləziz bin Osman əl-Tüveycri Prezident İlham Əliyevə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsinə həsr olunmuş tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin bu tədbirdə iştirakını məmnunluqla qeyd edib.

Dövlət başçısı bildirib ki, Bakının İslam mədəniyyətinin paytaxtı seçilməsi dünya ölkələrinin, o cümlədən İslam dövlətlərinin Azərbaycanda gedən inkişaf prosesləri barədə daha geniş məlumat əldə etməsinə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti