...

İtaliya Azərbaycana italyan sərmayələrinin yatırılmasına imkan yaradacaq - İtaliya xarici işlər nazirinin müavini

Siyasət Materials 3 Mart 2009 11:07 (UTC +04:00)
İtaliya Azərbaycana italyan sərmayələrinin yatırılmasına imkan yaradacaq -  İtaliya xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir N.Abdullayeva /

İtaliya Azərbaycana italyan sərmayələrinin yatırılmasına imkan yaratmaq üçün enerji sahəsində gələcəkdə də Azərbaycanla işləməyə hazırlaşır. Bu barədə İtaliya xarici işlər nazirinin müavini Alfredo Mantika bildirib.

"İtaliya Azərbaycanın ilk kommersiya tərəfdaşıdır", - deyə jurnalistlərə "İtaliyan üslubu" sərgisində Mantika bildirib.

İtaliya xarici işlər naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti martın 2-3-də Bakıda səfərdədir.

Mantika söyləyib ki, qaz alınması sahəsində əməkdaşlıq İtaliyanın maraqlarına daxildir və İtaliya Bakı-Ərzrum qaz kəmərində maraqlıdır.

Mantikanın Azərbaycana səfərdə məqsədi, onun sözlərinə görə, Həmçinin İtaliya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, o cümlədən mühriban qonşuluq siyasətinin müzakirə edilməsindən ibarətdir. Mantika İtaliya prezidenti Corco Napolitanonun Azərbaycana səfərinə hazırlıq məsələsini də hökumət ilə müzakirə etməyi planlaşdırır. Ölkəyə səfər dəvəti Azərbaycan prezidenti İlham Əliyev tərəfindən bu yaxınlarda İtaliyaya səfər zamanı edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti