...

İranın eks-prezidentinin İraqa səfəri siyasi məqsəd daşımır - İran parlamentinin nümayəndələri

Siyasət Materials 5 Mart 2009 13:22 (UTC +04:00)

İran, Tehran, 05 mart / Trend , müxbir A.Namdari /

İranın Məsləhət Şurası sədrinin İraqa səfəri şəxsi səfərdir və bu səfər siyasi məqsədlə həyata keçirilməyib.

"İranın Məsləhət Şurasının sədri Əliəkbər Haşimi Rəfsəncaninin İraqa səfəri İraq prezidenti Cəlal Talibaninin dəvəti ilə həyata keçirilib və Rəfsəncani bu səfərdə siyasi müzakirələr aparmayacaq", - deyə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvi Həsən Təqəvi cümə axşamı Trend -a bildirib.

Təqəvinin sözlərinə görə, Rəfsəncaninin İraqa səfəri ötən 30 ildə misli görünməmiş bir səfərdir. "Rəfsəncani səfər çərçivəsində İraqın bəzi rəsmiləri ilə görüşlər keçirib və İraqda olan müqəddəs dini ziyarətgahları ziyarət edib", - deyə Təqəvi bildirib. 

Təqəvi İranın Məsləhət Şurasının sədri və İraq rəsmiləri arasında siyasi müzakirələrin olması haqda yayılan məlumatları təkzib edib.

İran parlamentinin digər nümayəndəsi İsmail Kosərinin fikrincə, Rəfsəncaninin İraqa səfəri dini ziyarətgahları ziyarət etmək üçün həyata keçirilib.

"İraq dövləti siyasi məsələləri adətən İranın dövlət rəsmiləri ilə müzakirə edir, Rəfsəncaninin İraqa səfəri belə bir məqsəd daşımır", - deyə Kosəri cümə axşamı Trend -a bildirib.

İranın Məsləhət Şurasının sədri Rəfsəncaninin İraqa səfəri martın 3-dən başlayıb. Rəfsəncani İraqın din xadimləri, qəbilə başçıları və sünni və şiə partiya sədrləri ilə görüşəcək. İran İnqilabından sonra Rəfsəncani ilk dəfədir ki, İraqa səfər edib. İran KİV-nin məlumatına əsasən, səfərdə Rəfsəncanini İran Ali Dini Şurasının bəzi üzvləri müşayiət edirlər. Ötən ilin mart ayında Mahmud Əhmədinejad İran İnqilabından sonra İraqa səfər edən ilk İran prezident oldu. İran və İraq arasında gedən müharibə 8 il davam edib. Müharibədə minlərlə insan həlak olub, yüzlərlə insan isə yaralanıb və ya itkin düşüb.

Xəbər lenti

Xəbər lenti