...

Böyük Britaniya "Hizbullah" ilə danışıqlara hazırdır

Siyasət Materials 5 Mart 2009 18:03 (UTC +04:00)

Britaniya hökuməti Livanın "Hizbullah" partiyası ilə "Livanda müsbət inkişaf fonunda" birbaşa danışıqlar aparmağa hazırdır. Röyter agentliyinin verdiyi xəbərə görə, bu barədə çərşənbə günü Britaniyanın xarici işlər naziri Bil Rammel bildirib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, Britaniya hökuməti "Hizbullah"ı "zorakılığı dayandırmağa" və "daha konstruktiv rol oynamağa başlamaq üçün" razı salmağa çalışacaq.

Rammel bildirib ki, Mühafizəkarlar partiyasının nümayəndələri "Hizbullah" üzvlərinin də daxil olduğu Livanın rəsmi şəxsləri ilə danışıqlar aparıblar.

Britaniya naziri Rammelin bəyanatı 2006-ci ildə Böyük Britaniyanın tutduğu mövqedən fərqlənir. O zaman Birləşmiş Krallıq hökuməti bildirmişdi ki, hər hansı bir siyasi və hərbi qruplaşma ilə danışıqlar aparılmayacaq. 2008-ci ilin iyulunda Böyük Britaniya "Hizbullah"ı "qadağan olunmuş terror təşkilatları" siyahısına daxil edib.

Xəbər lenti

Xəbər lenti