...

Azərbaycanın Ombudsman Aparatının 38 əməkdaşı referendumu müşahidə edəcək

Siyasət Materials 12 Mart 2009 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Ombudsman Aparatının, təsisatın və regional mərkəzlərin ümumilikdə 38 əməkdaşı ölkənin müxtəlif regionlarında referendumu müşahidə edəcək.

Müşahidələrin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının (MSK) qaynar xətti vasitəsilə bu quruma operativ məlumat veriləcək, cümə axşamı Ombudsman Aparatının yaydığı məlumatda bildirilib.

Trend -un arayışı: Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002 - ci ildə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

MSK-da ölkə üzrə 2149 yerli müşahidəçi, 132 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.

Məlumatda bildirilib ki, Ombudsman Aparatında referendumla bağlı Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzləri əməkdaşlarının da iştirak etdiyi hüquqi maarifləndirmə tədbiri keçirilib. Rəsmi qeydiyyatdan keçmiş, referendumda müşahidəçi qismində iştirak edəcək əməkdaşlara MSK-nın müvafiq vəsiqələri, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinə dair Rəy kitabçaları paylanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti