...

Gürcüstandakı siyasi vəziyyət Saakaşvilinin hərəkətlərindən asılıdır – eks-prezident

Siyasət Materials 17 Mart 2009 09:02 (UTC +04:00)
Gürcüstandakı siyasi vəziyyət Saakaşvilinin hərəkətlərindən asılıdır – eks-prezident

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir E.Tarıverdiyeva /

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadzenin fikrincə, Gürcüstandakı siyasi vəziyyət müxalifətdən daha çox Prezident Saakaşvilinin hərəkətlərindən asılıdır.

"Müxalifətin hazırki prezident Saakaşvilinin istefasına nail olacağını demək hələ çətindir. Hər şey dövlət başçısının atacağı addımlardan asılıdır", - Şevardnadze Trend -a bildirib.  

Gürcüstan müxalifəti aprelin 9-dan etibarən etiraz aksiyaları və Tbilisidə Prezident Mixail Saakaşvilinn istefası tələbi ilə iri miqyaslı mitinq keçirməyi planlaşdırır.

Dünən bir neçə min insan paytaxtın mərkəzində yerləşən Şota Rustaveli heykəlinin yanında Gürcüstan Prezidenti Mixail Saakaşvilinin istefası tələbi ilə mitinq keçiriblər.

Şeverdnadzenin fikrincə, mitinqlərin nəticələri uğursuz ola bilər.

"Tbilisidə buna bənzər demonstrasiyalar çox olsa da, Saakaşvili prezident olaraq qalır", - eks-prezident deyib. 

Şevardnadze eyni səhnənin indi də təkrarlanacağını istisna etmir. "Bir tərəfdən də indiki müxalifətin uğur əldə etmək şansları əvvəlkindən çoxdur", - Şevardnadze qeyd edib.  

Müxalifət partiyaları və "Gürcüstan naminə hərəkat" son zamanlar Saakaşvilinin istefası tələbi ilə dəfələrlə aksiya keçiriblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti