...

Saat 14:00-a kimi Misirdə yaşayan Azərbaycan vətəndaşlarının 50%-i səs verib

Siyasət Materials 18 Mart 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart/ Trend , müxbir U.Sadıqova/

Azərbaycanın konstitusiyasına ediləcək dəyişiklik və əlavələr üzrə keçirilən referendumda səs verən Misirdəki Azərbaycan vətəndaşlarının sayı Misir vxtı ilə 65 nəfər təşkil edib. Bu barədə Trend -a Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov telefonla bildirib.

Qahirədəki seçki məntəqələri Misir vaxtı ilə saat 19:00-da bağlanacaq.

"Referenduma hazırlıq çərçivəsində Misirdə müvəqqəti yaşayan 115 nəfər Azərbaycan vətəndaşının və 18 yaşına çatmış vətəndaşların səfirlikdə qəbul edilmiş vətəndaş qeydiyyat siyahısı tərtib edilib. Səfirlikdə referendumun keçirilməsi üzrə səsvermənin yüksək səviyyədə keçirilməsi istiqamətində tədbirlər həyata keçirən seçki kommisiyası formalaşdırılıb",- səfirlikdən bildirilib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaksiyasının, müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını nəzərdə tutan redaksiya ilə əvəzlənməsini nəzərdə tutulur. Azərbaycan prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişikliyin edilməsi planlaşdırılır. Bura o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququnun verilməsi, şəxsin istəyi olmadan video və ya audio qeydlərin aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki mahiyyətli müddəalar daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti