...

Avropa İttifaqı İranı dinc ictimai fəaliyyətdə günahlandırılan məhkumların buraxılmasına çağırır

Siyasət Materials 19 Mart 2009 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı,19 mart / Trend , müxbir D.İbrahimova /

Avropa İttifaqı İranda qadın hüqüqlarını müdafiə edən insanlara qarşı həbs, zorakılıq və digər cəza tədbirlərinin tətbiq edilməsi üzrə narahatdır.

"Avropa İttifaqı İran rəsmilərini həbs olunmuş Aliyə Əqdəm-Dust və Runək Səfərzadənin azad edilməsinə və gender bərabərliyi üzrə dinc kampaniyada iştirakına görə Nafis Əsəd üzərindən ittihamın götürülməsinə çağırır", - Aİ-nın bəyannaməsində deyilir.

İranlılar tərəfindən sosial, mədəniyyət və təhsil sahəsində əldə edilmiş uğurlara baxmayaraq, "Maydaan" və "Bir milyon imza" hərakatlarının fəallarının həbsi Avropa İtttifaqı nümayəndələrini narahat edir.

"Bir milyon imza" kampaniyası 2006-cı ildə başlayıb, hədəfi gender bərabərliyi sahəsində qadınların maariflənməsidir. Kampaniyanın fəalları İranın konstitusiyasına dəyişiklərin edilməsi üzrə hökumətə təzyiq göstərilməsi məqsədi ilə İran vətəndaşlarından bir milyon imza toplamaq istəyirdilər. Bu vaxta kimi bu kampaniyanın bir çox iştirakçısı həbs olunub.

Bəyannamədə bildirilir ki, insan haqları müdafiəçiləri, tələbələr, həmkarlar ittifaqlarının üzvləri və öz fikirlərini dinc ifadə edən digər şəxslər İranda tez-tez ictimai asayişin pozulmasında ittiham olunurlar. Bəzi hallarda onlar İnsan Haqları Müdafiəsi Mərkəzinin bağlanması səbəbindən müdafiə edilmirlər.

Buna görə də Aİ İranı QİÇS-lə mübarizə üzrə altı və üç il müddətinə həbs olunmuş Araş və Kamiara Alaini azad etməyə çağırır. Həmçinin Aİ İran hökumətini İnsan Hüquqları Mərkəzini tez bir zamanda açmağa və 10 jurnalist üzərindən ittihamın qaldırılmasına çağırır, - bəyannamədə deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti