...

MDB-yə gələn üçüncü ölkə vətəndaşlarının vahid qeydiyyat sisteminin yaradılması planlaşdırılır

Siyasət Materials 26 Mart 2009 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart / Trend , müxbir Y.Ostapenko /

MDB İcraiyyə Komitəsinin press-relizində deyilir ki, MDB-yə gələn üçüncü ölkə vətəndaşlaının vahid qeydiyyat sisteminin (VQS) 2011-ci il üçün yaradılması planlaşdırılır.

"Sistemin tətbiqindən sonra kimin nə vaxt MDB-yə üzv olan dövlətin ərazisinə daxil olduğunu, nə qədər orada qaldığını, nə vaxt və hansı istiqamətdə çıxdığını tam dəqiqliyi ilə demək olar", - Rusiyanın Federal Miqrasiya Xidmətinin informasiya-analitik məsələlər üzrə idarəsinin rəisi Gennadi Kuxtin deyib.

Minskdə MDB İcraiyyə Komitəsində keçirilən VQS-in işlənməsi üzrə işçi qrupunun iki günlük iclası cümə axşamı başa çatacaq.

İşçi qrupunun sədri olan Kuxtinin sözlərinə görə, VQS buna qədər olan sistemləri təkrarlamayacaq. Onun sözlərinə əsasən, milli məlumat bazalarından VQS-ə sərhədi keçən şəxslər barədə məlumatın ötürülməsi sisteminin yaradılması planlaşdırılır. Məlumatlar orada toplandıqdan sonra layihəyə üzv olan hər bir ölkəyə ötürüləcək.

Vahid sistem üzərində işlər 2005-ci ildən aparılır. Layihədə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti