...

Azərbaycanın paytaxtında bank sənədlərini saxtalaşdıran şəxs saxlanılıb

Siyasət Materials 3 Aprel 2009 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın paytaxtında rəsmi sənədləri saxtalaşdıran Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılan Şakir Əmirovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2008-ci ilin fevral və may aylarında "Muğan-Bank" ASC-nin Binəqədi filialı ilə bağladığı müqavilədən istifadə etməklə Zemfira Ələkbərovanın 4500, Cano Marina Susanovanın 1500, Eldəniz Hüseynovun 4500 manatını mənimsəməsi və Mübariz Hüseynov, Minəvvər Əliyeva və Şamama Həsənovanın adına saxta sənədlər tərtib etməsi müəyyən edilib.

Onun barəsində rayon Polis İdarəsində cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti