...

NATO Gürcüstanda hərbi təlimlərin keçirilməsinə dair qərarını dəyişməyəcək – müdafiə naziri

Siyasət Materials 21 Aprel 2009 16:45 (UTC +04:00)
NATO Gürcüstanda hərbi təlimlərin keçirilməsinə dair qərarını dəyişməyəcək – müdafiə naziri

Gürcüstan, Tbilisi, 21 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstan hökuməti və NATO Gürcüstanda alyasın hərbi təlimlərinin keçirilməsinə dair qərarlarını dəyişməyəcək. Bu barədə çərşənbə axşamı Gürcüstanın müdafiə naziri David Sixarulidze bildirib.

"Bu təlimlər bir il əvvəl nəzərdə tutulmuşdu və onun keçirilməsini hamı bilirdi, buna görə də Rusiyanın iddiaları başa düşülən deyil", - deyə o bildirib.

Nazir cari ilin may ayına nəzərdə tutulan təlimlərin keçirilməsi zamanı hansısa ciddi təxribat və təhlükəni istisna edir. "Bu təlimlər Gürcüstan ordusunun NATO standartlarına uyğunlaşdırılmasına xidmət edir", - deyə o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti