...

Obama "soyqırım" sözünü dilə gətirməyəcək – türkiyəli deputat

Siyasət Materials 23 Aprel 2009 15:50 (UTC +04:00)
Obama "soyqırım" sözünü dilə gətirməyəcək – türkiyəli deputat

Azərbaycan, Bakı, 23 aprel / Trend , müxbir R.Hafizoğlu /

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı hesab edir ki, ABŞ Prezidenti Barak Obama Türkiyə-Ermənistan münasibətlərinə xələl gətitməmək üçün aprelin 24-də çıxış edecəyi zaman "soyqırım" sözünü dilə gətirməyəcək.

"Obamanın qondarma "erməni soyqırımına" qarşı münasibəti dəyişməzdir. Lakin ABŞ Prezidenti Türkiyə-Ermənistan əlaqələrinə xələl gətirməmək üçün "soyqırım" sözünü dilə gətirməyəcək", - Cümhuriyyət Xalq Partiyasından (CXP) olan deputat Onur Öymən cümə axşamı Ankaradan Trend -a telefonla bildirib.

Trend -un arayışı: Ermənilər hər il aprelin 24-də qondarma "erməni soyqırımı" adlı hadisəni qeyd edir, tarixi saxtalaşdıraraq Türkiyəyə qarşı əsassız iddialarla çıxış edirlər. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 2006-cı ildə Ermənistan Prezidentinə "erməni soyqırımı"nın öyrənilməsi məqsədi ilə tarixçilərdən ibarət birgə komissiyanın yaradılması təklifi ilə müraciət etsə də, erməni tərəfi bu təklifdən imtina etmiş və bildirmişdi ki, "soyqırım" məsələsinə şübhə ilə yanaşmır.

Öymən hesab edir ki, ABŞ saxta "soyqırımı" qəbul etməklə heç bir şey əldə etməyəcək.

"Saxta "soyqırımın" hər il gündəmə gətirilməsi ABŞ-dakı erməni lobbisinin sevgisini qazanmaq üçün edilir", - o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti