...

Azərbaycan parlamentinin deputatı Xocalı soyqırımı günü ABŞ Prezidentinin müraciətlə çıxış etməsini vacib sayır

Siyasət Materials 28 Aprel 2009 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin deputatı Xocalı soyqırımı günü ABŞ Prezidentinin müraciətlə çıxış etməsini vacib sayır.

"Bunun üçün Azərbaycandan ABŞ Prezidentinə çoxlu müraciətlər ünvanlanmalıdır. Biz hətta elə etməliyik ki, gələn il fevralın 26-da Xocalı soyqırımı ilə bağlı Obama Azərbaycan dilində müraciət etsin", - Ana Vətən Partiyasının sədr müavini millət vəkili Zahid Oruc bildirib.

Trend -un arayışı: ABŞ Prezidenti Barak Obama 1915-ci il hadisələrinə dair çıxışında "soyqırım" sözünü işlətməyib. Bu barədə Türkiyənin Cihan telekanalı xəbər yayıb. Bununla yanaşı o, erməni dilində mənası "böyük faciə" olan ifadədən istifadə edib.

Ermənilər hər il aprelin 24-nü tarixi faktları saxtalaşdıraraq qondarma "soyqırım" günü kimi qeyd edir və Ankaraya qarşı əsassız iddialarla çıxış edirlər.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Onun fikrincə, Azərbaycan cəmiyyəti də bu ABŞ Prezidentinin müraciətinə münasibət bildirilməlidir.

"Prezident Barak Obamanın qondarma "erməni soyqırımı" ilə bağlı müraciətində Türkiyə ilə Azərbaycanın ümumi siyasətinə mənfi təsir edəcək məqamlar var. Bu müraciət ermənilərin Qarabağ məsələsində mövqeyini gücləndirəcək", - deputat əlavə edib.

Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, Obamanın bu müraciətinə əsas səbəb ermənilərin və onların xaricdəki diasporlarının daha aktiv və güclü işləməsidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti