İran Prezidenti Mahmud Əhmədinejad növbəti prezident seçkilərində iştirak etmək üçün Seçki Komitəsinə müraciət edərək qeydiyyatdan keçib. Bu barədə Fars xəbər agentliyi mayın 8-də məlumat verib.
Fars agentliyinin məlumatına əsasən, Əhmədinejad Seçki Komitəsinə müraciət edərək namizədlik üçün sənədlərini təhvil verib və rəsmən növbəti prezident seçkilərində iştirak etməsini elan edib.
İranda Prezident seçkiləri iyunun 12-də keçiriləcək. Əhmədinejadın əsas rəqibləri hakim Mühafizəkarlar koalisiyasının üzvu Möhsün Rezayı, İslahatçılar düşərgəsindən olan Mir Hüseyn Musəvi və Mehdi Kərrubidir.