...

ATƏT-in başçısı Dağlıq Qarabağ münaqişəsinin həllində bundan sonra da uğurların olacağına ümid edir

Siyasət Materials 11 May 2009 15:42 (UTC +04:00)
ATƏT-in başçısı Dağlıq Qarabağ münaqişəsinin həllində bundan sonra da uğurların olacağına ümid edir

Azərbaycan, Bakı, 11 may / Trend , müxbir Y.Ostapenko / ATƏT-in hazırki sədri Yunanıstanın Xarici işlər naziri Dora Bakoyannis Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan konstruktiv diskusiyaları alqışlayıraq tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gələcəkdə irəliləyiş əldə edəcəklərinə ümid edib. Bu barədə ATƏT-in press-relizində deyilir.

Aİ-nin cümə axşamı Praqadakı "Şərqi tərəfdaşlıq" üzrə sammiti çərçivəsində dəvət olunmuş Azərbaycan və Ermənistan prezidentləri ABŞ səfirliyində görüş keçirib, Dağlı Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

Bu görüş Azərbaycan prezidenti İlham Əliyevlə, Ermənistan prezidenti Serj Sarkisyan arasında Qarabağ məsələsi üzrə dördüncü yüksək səviyyəli görüşü olub. Son görüş bu il yanvarın 28-də Sürixdə keçirilib. Birinci görüş ötən ilin iyununda Sankt-Peterburqda, ikincisi isə ötən ilin noyabrında Moskvada keçirilib.

Azərbaycan və Ermənistan tərəfindən imzalanmış və keçmiş SSRİ məkanında mövcud olan münaqişələrin birində qan tökülməsinin qarşısını almış atəşkəsin 15 illiyi ərəfəsində çıxış edən Bakoyaniss tərəfləri tam olaraq atəşkəsə riayyət etməyə çağırıb.

Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında razılaşma 1994-ci il mayın 12-də qüvvəyə minib. Artıq 15 ildir ki, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu sayəsində hələki nəticəsiz qalan sülh danışıqları aparılır.

"Mən tamamilə Minsk qrupu həmsədrlərinin və Madrid sənədi əsasında Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmək üçün şəxsi nümayəndəm Ancey Kaspşikin səylərini dəstəkləyirəm. Region xalqları sülh və əməkdaşlıq toxumlarını görə biləcəyi bir vaxt, tərəflərin dayanmadan göstərdikləri səylər nəticəsində danışaqlarda əldə edilən irəliləyiş olduğu bir vaxt münaqişənin sülh yolu ilə həlli yeganə yoldur", - Bakoyannis qeyd edib.

2007-ci ilin noyabrında ATƏT-in Madrid sammitində Minsk qrupu tərəfindən Ermənistan və Azərbaycan XİN rəhbərlərinə rəsmi olaraq təqdim edilən təkliflər hazırki danışıqların əsasını təşkil edir.

"Baza prinsipləri" Azərbaycan və Ermənistan XİN rəhbərlərinin 2004-ci ildən Praqada keçirilən və "Praqa prosesi" adlandırılan bir neçə görüşün nəticəsində əldə edilib. 

"Baza prinsipləri" dedikdə Dağlıq Qrarabağın statusunun sülh prosesinin sonuncu mərhələsində ümumxalq səsvermə ilə təyyin edilməsi nəzərdə tutulur. Buna qədər isə digər tədbirlərə, o cümlədən güc tətbiqinə əl atılmamalıdır, qarşılıqlı etimad yaranmalı, Ermənistan qoşunlarının tədricən işğal olunmuş ərazilərdən çıxarmalı, məcburi köçkün və qaçqınların qayıtması və ticarətin bərpsı həyata keçirilməlidir.

Bakoyannisin fikrincə, 15 il öncə atəşkəs barədə imzalanan sənədin vacibliyinə baxmayaraq vəziyyət qeyrir-sabit olaraq qalır, hələ də insanlar ölür. Onun sözlərinə görə, etimadın gücləndirilməsi üçün əlavə tədbirlər lazımdır.

"Mən tərəfləri təkidlə atəşkəs haqqında razılaşmanın bütün bəndəlrinə əməl etməyə və həmsədrlərin 2008-ci ildə ATƏT-in Helsinkidə keçirilən XİN rəhbərləri konfransında təklif etdiyi kimi cəbhə xəttindən snayperləri çıxarmağa çağırıram", - Bakoyanis deyib. 

Ötən ilin dekabrında Helsinkidə Rusiya və Fransa XİN rəhbərləri, ABŞ Dövlət katibi müavininin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə beştərəfli görüşü baş tutdu.

Minsk qrupunun həmsədri olan ölkə nümayəndələri rusyalı nazirin Ermənistan-Azərbacan Dağlıq Qarabağ münaqişəsi iştirakçılarını " Baza prinsiplərinin razıldaşdırılması məqsədi ilə ATƏT-in Minsk qruppu ilə birgə səylər göstərməyə və razılaşma əsasında əhatəli sülh razılaşması layihəsinin hazırlanmasına başlamağa çağırdı".

Sənədi imzalayan tərəflər yenə də bildirdilər ki, münaqişənin həlli hərbi yolla mümkün deyil və münaqişə edən tərəfləri sülh prosesinə sadiq olduqlarını təsdiq etməyə səslədilər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. Ümumilikdə Azərbaycan ərazisinin 20%-i Ermənistanın işğalı altındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti