...

Prezident seçkilərində əsas əhəmiyyət daşıyan fakt xalqın fəal iştirakıdır – dini rəhbər (YENİLƏNİB)

Siyasət Materials 12 May 2009 14:10 (UTC +04:00)
Prezident seçkilərində əsas əhəmiyyət daşıyan fakt xalqın fəal iştirakıdır – dini rəhbər (YENİLƏNİB)

İranın dini rəhbəri xalqı nöbvəti prezident seçkilərində fəal iştirak etməyə dəvət edərək bildirib ki, hansı namizədin qalib gəlməsi önəmli deyil, əsas xalqın fəal iştirakıdır.

İranın dini lideri Əli Xamenei mayın 12-də İranın rəsmi telekanalı ilə canlı yayımlanan, Kurdistan əyalətinə səfəri zamanı bu barədə bildirib.

Onun sözlərinə görə, xalqın seçkilərdə fəal iştirakı İran İslam Respublikasının təməllərini möhkəmləndirəcək. "Seçkilərdə fəal iştirak İran xalqının nüfuzunu daha da yaxşılaşdıracaq və ölkənin düşmənlərə qarşı müqavimətini artıracaq", - deyə dini rəhbər əlavə edib.

Xamenei deyib ki, seçkilərdə ikinci əhəmiyyət daşıyan məsələ - xalqın namizədlər arasından ən layiqlisinə səs verməsidir.

İranda növbəti prezident seçkiləri iyunun 12-də keçiriləcək. Seçkilərdə İslahatçılar düşərgəsindən sabiq Baş nazir Mir Hüseyn Musəvi (Hossein Mousavi) və eks-spiker Mehdi Kərrubi, həmçinin hakim Mühafizəkarlar düşərgəsindən hazırkı prezident Mahmud Əhmədinejad və İnqilab Keşikçiləri Korpusunun (Sepah) sabiq rəhbəri Möhsün Rızayi (Rezaee) namizədliyini irəli sürüb.

Xəbər lenti

Xəbər lenti