...

Azərbaycan Respublikasi Prezidenti "Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqinda" Beynəlxalq Konvensiyada nəzərdə tutulmuş səlahiyyətli orqanlarin müəyyən edilməsi barədə sərəncam imzalayıb

Siyasət Materials 14 May 2009 07:27 (UTC +04:00)

Azərbaycan Respublikasi Prezidenti İlham Əliyev 2008-ci il 2 dekabr tarixli 725-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqinda" Beynəlxalq Konvensiyanın 7-ci maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş səlahiyyətli orqanlarin müəyyən edilməsi barədə sərəncam imzalayıb, AzərTAc dövlət agentliyi məlumat yayıb.
Sərəncama əsasən "Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında" Beynəlxalq Konvensiyanın nəzərdə tutulmuş səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi müəyyən edilib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibinə müvafiq bildiriş göndərsin. 


Xəbər lenti

Xəbər lenti