...

Azərbaycanın xarici işlər nazirinin müavini Slovakiyanın Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

Siyasət Materials 19 May 2009 19:21 (UTC +04:00)

Azərbaycan, Bаkı, 19 may / Trend , müxbir, A.Hüseynbala /

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Slovakiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Olqa Alqayerova ilə görüşüb.

"Xələf Xələfov və Olqa Alqayerova ilə ölkələrimiz arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar", - çərşənbə axşamı Trend -a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycanla Slovakiya arasında regional və beynəlxalq təsisatlar çərçivəsində əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. "Azərbaycanın gələcəkdə Vişeqrad qrupu ilə əməkdaşlığının perspektivləri nəzərdən keçirilib", - məlumatda vurğulanır.

Alqayerova turizm sahəsində və regional əməkdaşlığın, həmçinin ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı və yeyinti sənayesi, bank işi sektoru və informasiya texnologiyaları sahələrində təcrübə mübadiləsi, eləcə də əməkdaşlığın daha da genişləndirilməsini təklif edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti