...

Gürcüstanın Avropaya inteqrasiya prosesini Mattias Yorş və Qiorqi Baramidze müzakirə ediblər

Siyasət Materials 21 May 2009 20:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 21 may / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Avropaya inteqrasiya prosesini bugünkü görüşdə Macarıstan Parlamentinin nümayəndəsi Yorş Mattias və Gürcüstanın Avropaya inteqrasiya məsələri üzrə dövlət naziri Georgi Baramidze müzakirə ediblər.

Görüşdən sonra Baramidzenin dediyinə əsasən, Gürcüstan-Macarıstan münasibətlərinin dərinləşməsi və "Şərq tərəfdaşlığı" proqramı ilə bağlı təşəbbüs və bunun Gürcüstan-Aİ münasibətlərində daha da dərin əlaqələrin yaradılmasında istifadə yolları müzakirə edilib.

Yorş öz növbəsində "Şərq tərəfdaşlığı" ilə bağlı təşəbbüsün vacibliyini qeyd edib. Onun sözlərinə əsasən, görüş zamanı əməkdaşlığın yeni planları razılaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti