...

BMT Təhlükəsizlik Şurasının 14 üzvü Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 28 May 2009 13:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 may / Trend , N.Kirtsxaliya /

Gürcüstan Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamenti BMT Təhlükəsizlik Şurasının dünən baş tutan qapalı məsləhətləşmələrini şərh edib.

"Bizdə olan məlumata əsasən, sözügedən görüşdə Təhlükəsizlik Şurasının 14 üzvü Gürcüstanın ərazi bütövlüyü və suverenliyini birmənalı olaraq dəsətkləyib", - şərhdə deyilir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Çurkinin bəyanatı ilə əlaqədar Gürcüstan XİN Departamentindən bildiriblər ki, rusiyalı nümayəndənin çıxışında yeni bir şey olmayıb.

"Rusiya Federasiyası BMT yarandığı gündən təşkilatdan şəxsi təbliğatı və beynlxalq ictimaiyyəti çaşqınlığa salmaq üçün istifadə edir. Deyilənlər dünən də baş verdi. RF-nin BMT-də dami nümayəndəliyi bildirib ki, güya Gürcüstan Abxaziya və Cənubi Osetiya ilə administrativ sərhəd boyunca silahlı qüvvələrinin səfərbərliyini davam etdirir. Bu tip bəyanatların həqiqətəuyğun olmaması Beynəlxalq ictimaiyyətə artıq məlumdur. Aİ və ATƏT-in Gürcüstanda fəaliyyət göstərən daimi nümayəndəliklərinin işğal olunmuş ərazilərə bitişik regionlarda vəziyyətin nə yerdə olduğunu yoxlamaq üçün imkanları var", - Gürcüstanın xarici syasət idarəsi qeyd edib.

Bəyanatda o da deyilir ki, Gürcüstan işğal altında olan ərazilərdə sabitlik, qanunun aliliyini və sülhü təmin edəcək güclü BMT missiyasını görəmək istəyir ki, yalnız bu yolla ölkənin işğaldan azad olmasına yardım etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti