...

İtmiş təyyarədə Azərbaycan vətəndaşlarının olub-olmaması haqda hələ heç bir məlumat yoxdur - səfirlik

Siyasət Materials 2 İyun 2009 12:39 (UTC +04:00)
İtmiş təyyarədə Azərbaycan vətəndaşlarının olub-olmaması haqda hələ heç bir məlumat yoxdur - səfirlik

Azərbaycan, Bakı, 02 iyun / Trend ,  müxbir E.Tariverdiyeva /  

"Azərbaycanın Fransadakı səfirliyi Atlantik okeanı üzərində itmiş Air France aviaşirkətinə məxsus təyyarədə Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır", - çərşənbə axşamı Trend -a Parisdən telefonla səfirliyin əməkdaşı deyib.

"İtmiş təyyarədə Azərbaycan vətəndaşlarının olub-olmaması haqda hələ heç bir məlumatımız yoxdur, amma bu istiqamətdə işləri davam etdiririk", - o bildirib.

"Air France aviaşirkətinə məxsus А-330 layneri ilə əlaqə bazar ertəsi, təyyarə Atlantik okeanı üzərində, Braziliya və Seneqal sahilləri arasında olduğu zaman itib", - ИТАР-ТАСС məlumat verir.

İlkin məlumatlara görə, А-330 aerobusu radarlardan itən zaman 11 km hündürlükdə olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti