...

Azərbaycan Prezidenti Nəriman Nərimanov prospektindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

Siyasət Materials 3 İyun 2009 19:28 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə günü Bakının Nəriman Nərimanov prospektindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısına məlumat verilib ki, bərpa və yenidənqurma işləri nəticəsində bu park ən müasir standartlara uyğunlaşdırılıb. Parkın beton örtüyü və köhnə üzlük plitələr yeniləri ilə əvəz olunub, yaşıllıq zolaqları təzədən salınıb, müasir oturacaqlar quraşdırılıb.

Nəriman Nərimanovun parkdakı abidəsinin postamentinə yeni qranit üzlük çəkilib, abidənin özü isə tam bərpa olunub.

Həmçinin parka xüsusi yaraşıq verən müasir fəvvarə inşa edilib. Parkın işıqlandırma sistemi də təzələnib, işıq dirəkləri dəyişdirilib, yeni və keyfiyyətli lampalar quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti