...

Estoniyanın xarici işlər naziri Gürcüstana səfər edəcək

Siyasət Materials 8 İyun 2009 19:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 08 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Estoniyanın xarici işlər naziri Urmas Paet Gürcüstana iyunun 9-10-da rəmi səfər edəcək.

Gürcüstan XİN-dən bildirildiyi kimi, iyunun 9-da Paet gürcü həmkarı Qriqol Vaşadze ilə görüşəcək. Görüşün sonunda nazirlər siyasi dialoq, Gürcüstan və Estoniya arasında əməkdaşlıq haqqında xartiya imzalayacaqlar.

İyunun 10-da eston nazir Gürcüstan Prezidenti Mixail Saakaşvili, parlament sədri David Bakredze və Baş nazir Nika Qilauri ilə görüşəcək. 

Paet səfər çərçivəsində biznes forumun açılışını edecək və Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olanların abidəsi qarşısına əklil qoyacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti