...

Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində maraqlıdır – xarici işlər nazirinin müavini

Siyasət Materials 10 İyun 2009 12:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir E.Ostapenko /

"Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində maraqlıdır", - Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov çərşənbə günü "Enerji təhlükəsizliyi: çağırışlar və yeni imkanlar" adlı seminarda bildirib.

"Siyasi və ticari məsələlər bir-birilə əlaqəlidir, belə ki, bu əlaqədə ümumi məsələ enerjinin lazımi miqdarda alınmasıdır", - deyə Əzimov Azərbaycanda NATO həftəsi çərçivəsində təşkil edilmiş seminarda qeyd edib.

Onun sözlərinə görə, ən mühim məsələ enerji azlığı və enerji asılılığı probleminin nəzərdən keçirilməsidir. O bildirib ki, bu problem müəyyən təhlükə yarada bilər və bununla yenidən qarşılaşmaq arzu olunmur. Nazir müavini hesab edir ki, enerji təhlükəsizliyi və ümumi təhlükəsizlik məslələri qarşlıqlı əlaqəlidir və bir-biri ilə harmoniya təşkil etməlidir.

Əzimovun da qeyd etdiyi kimi, NATO-nun enerji təhlükəsiziliyini təmin etmək üçün lazımi imkanlarının olmaması barədə abstrakt baxışlar mövcuddur.

Nazir müavini hesab edir ki, enerji təhlükəsizliyi məsələsində vahid yanaşmanın olması labüddür. "Bu məsələyə milli siyasətçilər tərəfindən beynəlxalq səviyyədə baxılmalıdır. Enerji istehlakçısı olan ölkələr narahatdırlar. Enerji tədarükçüləri tərəfindən sui-istifadənin şahidi oluruq. Bir çoxları öz öhdəliklərindən kənara çıxırlar. Enerji təhlükəsizliyi məsələsi beynəlxalq cəmiyyətdə vahid baxış altında nəzərdən keçirilməlidir", - deyə Əzimov bildirib.

Onun sözlərinə əsasən, Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində maraqlıdır və karbohidrogen bazarında nə baş verməsindən asılı olmayaraq, ölkələr tam həcmdə enerji resursları ilə təmin edilməlidirlər.

Xəbər lenti

Xəbər lenti