...

Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edəcək - ekspert

Siyasət Materials 15 İyun 2009 12:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 iyun / Trend , N.Kirtsxalia /

Rusiya BMT Təhlükəszilik Şurası tərəfindən BMT-nin Gürcüstanda missiyasının fəaliyyət müddətinin artırılması barədə qətnamsinə veto qoymaq hüququndan istifadə edəcək, gürcüstanlı ekspert Nika Çitadze belə hesab edir.

BMT Təhlükəsizlik Şurası mandatının Gürcüstanda müddətinin uzadılması haqqında qətnaməni qəbul etməlidir. Abxaziya tərəfi ölkədə müstəqil missiyanın açılmasını tələb edir və onun Gürcüstandakı missiya adlandırılmasına qarşı çıxış edir. Tbilisi artıq Gürcüstanın ərazi bütövlüyü məsələsinin qeyd olunmadığı qətnamə ilə razı deyil.

"Gürcüstan üçün ölkədə beynəlxalq təşkilatların sayının çox olması, eyni zamanda BMT-nin missiyasının saxlanılması mühümdür. Lakin Rusiya hər vəsitə ilə buna qarşı çıxaraq, özünün veto hüququndan da istifadə edə bilər", - deyə Çitadze bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti