...

Moskva-Bakı münasibətləri iki ölkənin milli maraqlarına uyğun olaraq uğurla inkişaf edir – XİN başçısı

Siyasət Materials 18 İyun 2009 16:26 (UTC +04:00)
Moskva-Bakı münasibətləri iki ölkənin milli maraqlarına uyğun olaraq uğurla inkişaf edir – XİN başçısı

Son illərdə Rusiya və Azərbaycan, münasibətlərini uğurla inkişaf etdirir və bu prinsipdən çıxış edirlər ki, bu, hər iki dövlətin milli maraqları ilə tam uzlaşır. Bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, Yaponiyanın Beynəlxalq Problemlər İnstitutunda çıxış edərkən deyib. Nazir Yaponiya paytaxtında rəsmi səfərdədir, İTAR-TASS yazır.

"Son illərdə biz Rusiya ilə münasibətlərimizi uğurla inkişaf etdirə bilirik, - o bildirib. - Biz mehriban qonşuluq siyasəti mövqeyindən çıxış edirik. Bu, bizim digər ölkələrlə münasibətlərimiz əsasında qurduğumuz "fəlsəfədir". Bu "fəlsəfə" hər şeyin başında milli maraqların dayanmasını nəzərdə tutur".

Onun sözlərinə görə, Bakının RF ilə əməkdaşlığa can atmasının səbəbləri arasında "Azərbaycan iqtisadiyyatının inkişafı üçün onun bazarının perspektivliyi və vacibliyi" var. "Bununla yanaşı, Rusiya bizim yaxın qonşumuzdur. RF ilə bizim ümumi sərhədimiz var, o, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ən başlanğıcdan Dağlıq Qarabağ probleminin həllində vasitəçilik yardımını göstərib. Bütün bu məqamlar bizə əməkdaşlığı davam etdirmək üçün əsas verir", - Məmmədyarov bildirib.

"Ölkələrimiz arasındakı ticarət dövriyyəsi son dörd ildə üç dəfə artsa da, bu yetərli deyil və biz onu artıra, həm də bütün qarşılıqlı fəaliyyət sahələrində göstəriciləri yaxşılaşdıra bilərik", - Azərbaycan XİN başçısı qeyd edib.

"Biz münasibətləri bərabər tərəfdaşlar kimi inkişaf etdiririk və bu, bizim maraqlarımıza uyğun gəlir", - Məmmədyarov bildirib.

Xəbər lenti

Xəbər lenti