...

Bakı və Astana siyasi dialoqu möhkəmləndirmək niyyətindədirlər - səfir

Siyasət Materials 23 İyun 2009 13:58 (UTC +04:00)
Bakı və Astana siyasi dialoqu möhkəmləndirmək niyyətindədirlər - səfir

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir V.Javoronkova /

"Bakı və Astana siyasi əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Əməkdaşlığın perspektivlərini Qazaxıstan XİN başçısı Marat Tajin Bakıya səfəri zamanı müzakirə edəcək", - çərşənbə axşamı Trend -a Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov deyib.

"Qazaxıstan XİN başçısının Azərbaycan səfəri payıza gözlənilir. Dəvət artıq alınıb, ancaq sıx iş qrafiki səbəbindən səfərin dəqiq tarixi müəyyənləşdirilməyib. Səfər işçi qaydada təyin ediləcək", - səfir bildirib.

Azərbaycanın Qazaxıstanla ticarət dövriyyəsi 2009-cu ilin yanvar-aprelində 32,4 milyon dollar təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti