...

AŞ ikili standartlara yol verməməlidir – britaniyalı deputat

Siyasət Materials 24 İyun 2009 20:41 (UTC +04:00)

Fransa, Strasburq, 24 iyun / Trend , müxbir A.Məhərrəmli /  

AŞ ikili standartlara yol verməməlidir. Bu fikirləri AŞ PA-nın Böyük Britaniyadan olan deputatı Maykl Henkok (Michael Hancock) qurumun yay sessiyası çərçivəsində çərşənbə günü "Avropada insan hüquqlarının vəziyyəti və AŞ PA-nın monitorinq prosedurunun inkişafı" adlı məruzəyə dair çıxışında deyib.

Məruzəni kəskin tənqid edən britaniyalı deputat qeyd edib ki, biz öz Təşkilatımıza dair monitorinq aparmalıyıq. "Bizim Təşkilat heç bir şey etmir, sadəcə müəyyən sözlər işlədir. Bunu Baş katibin seçkisində də gördük. İnsan haqlarını pozan, demokratiya dəyərlərinə hörmət etməyən bütün ölkələrə eyni yanaşma olmalıdır. İkili standartlara yol verilməməlidir. Amma bu məruzə qərəzli məqamlarla doludur", - deyə o bildirib.

"Hesabatın 8-ci bəndində Ermənistandakı vəziyyətlə bağlı "siyasi müxaliflər" sözü işlədilir, amma siyasi məhbus sözü işlədilmir. Halbuki bu insanlar siyasi nümayişlərdə iştirak etdiklərinə, siyasi əqidələrinə görə həbs olunub. 10-cu bənddə isə Azərbaycanda siyasi məhbuslardan danışılır və AŞ PA Azərbaycanda xüsusi araşdırma aparmağı tələb edir. Bunu hesabatda Türkiyəyə dair yer alan məqamlar haqqında da demək olar", - briyaniyalı deputat bildirib.

Sonda Henkok əlavə edib ki, hesabat müəllifləri vəziyyətlə bağlı aydın fikirlərə malik deyil. Hətta Monitorinq Komissiyasının elə üzvləri var ki, ölkəsi monitorinq altında deyilsə, orada iştirak etmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti